UNEC-də xarici təcrübənin öyrənilməsinə həsr olunan təlimlərə START VERİLDİ
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Ümumi Fənlərin Tədrisinin Təşkili Departamenti onlayn və ənənəvi formatda tədris olunan qeyri-ixtisas fənlərin innovativ metodlar əsasında səmərəli təşkil edilməsi, onlayn dərslərdə tədris materiallarının beynəlxalq standartlara uyğun hazırlanması və onların interaktivliyinin artırılması, müəllimlərin müasir interaktiv metodlardan istifadə imkanlarının genişləndirilməsi məqsədilə müvafiq təlimlərin keçirilməsinə start verib.
“İNFONEWS” -a universitetdən verilən məlumata görə, xarici təcrübənin öyrənilməsinə həsr olunan ilk təlim Almaniyanın Boxum Təlim və Təkmilləşdirmə İnstitutunun dosenti, xarici dillərin tədrisi üzrə ekspert Rasim Sadıxovun “Metodoloji baxımdan xarici dil dərsinin təşkili” mövzusunda hibrid formatda keçirilib. Öz təcrübəsilə bölüşən almaniyalı ekspertin çıxışı böyük maraqla qarşılanıb. Təlimdə “Xarici dillər” kafedrasının müəllimlərinin xarici dilin tədrisi ilə əlaqədar çoxsaylı sualları cavablandırılıb.
Qeyd edək ki, təlimlər ÜFTTD-də tədris olunan fənlər üzrə praktik təcrübələrə daha çox malik mütəxəssislər tərəfindən iki həftə müddətində davam edəcək.