Bu gün abituriyentlər üçün informatika fənni üzrə əlavə imtahan keçirilir
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə əlavə imtahan keçirir.
“İNFONEWS” -un DİM-dən əldə etdiyi məlumatına görə, iyunun 3-də DİM respublikanın 18 şəhər və rayonunda IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirir.