Bu gün Türkiyə Prezidentinin andiçmə mərasimi keçiriləcək
Bu gün Ankarada keçiriləcək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində 21 dövlət başçısı, 14 baş nazir, habelə nazirlər və beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən Türk Dövlətləri Təşkilatı, NATO və İslam Əməkdaşlığı Təşkilatının rəhbərləri iştirak edəcəklər.
“İNFONEWS” Türk mediasına istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisində başlayacaq andiçmə mərasimi Prezident sarayında vəzifələrin icrasına başlamaqla davam edəcək. TBMM-nin müvəqqəti sədri Dövlət Bahçeli Prezident Ərdoğana mandatını təqdim edəcək.
Andiçmə mərasimində iştirak edəcək dövlət başçıları arasında Venesuela, Bolqarıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan prezidentləri, Pakistan, Macarıstan, Liviya və Ermənistanın baş nazirləri də olacaq. NATO-nun Baş katibi Yens Stoltenberq və İƏT-in Baş katibi Hissein Brahim Taha da mərasimdə iştirak edəcəklər.
Andiçmə mərasimindən sonra Rəcəb Tayyib Ərdoğan yeni hökumətin tərkibini açıqlayacaq.