“ƏZİZ ŞUŞA” beynəlxalq velosiped yarışına START VERİLDİ
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə iyunun 7-də “Əziz Şuşa” beynəlxalq velosiped yarışı start götürüb.
“İNFONEWS” xəbər verir ki, Azərbaycan Velosiped Federasiyasının Gənclər və İdman Nazirliyi ilə birgə təşkil etdiyi turnirin birinci mərhələsi veloparkda başlayıb.
Tədbirin açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev iştirak ediblər.
Velosipedçilər 150 kilometr məsafə qət edərək, Şamaxı rayonunda finiş xəttini keçəcəklər. Yarışın bu mərhələsinin sonunda günün qalibləri mükafatlandırılacaq.
İyunun 11-dək davam edəcək yarışda 14 ölkədən 16 komandanın heyətində 100-dən çox velosipedçi mübarizə aparır. Turnir “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xalları qazanmaq imkanı verəcək.