“SABAH” tələbələrinin 60 faizi magistraturaya qəbul olur

“SABAH” tələbələrinin 60 faizi magistraturaya qəbul olur

“SABAH” qrupları ixtisas öyrədən qruplardır. Bu qrupların 60 faizi Azərbaycan, 35 faizi ingilisdilli, 5 faizi isə qarışıq qruplardır.

“İNFONEWS” xəbər verir ki, bunu “SABAH” qruplarının İcra Komitəsinin rəhbəri Eldar Qocayev Təhsil TV-də yayımlanan “Təhsil masası”nda deyib. Onun sözlərinə görə, “SABAH” qruplarını bitirənlərin 60 faizi magistraturaya qəbul olur. Bildirib ki, onların 23 faizi xaricdə təhsilə üz tuturlar.

Eldar Qocayevin sözlərinə görə, “SABAH” qrupları yaranandan bəri ən yüksək müraciət faizi bu il qeydə alınıb: “Hazırda “SABAH” qruplarına 2023-2024-cü tədris ili üçün tələbə seçimi müsabiqəsi davam edir. Müsabiqədə Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrinin müəyyən ixtisasları üzrə I kursda əyani formada təhsil alan, I semestrin nəticələrinə görə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 61-dən aşağı olmayan Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər. Qaydalara əsasən yalnız Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahan yolu ilə ali təhsil müəssisələrinə qəbul olunmuş şəxslərin müsabiqədə iştirakı mümkündür. Qəbul üzrə üç mərhələdən ibarət (akademik göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) seçim müsabiqəsinin I mərhələsində iştirak etmək üçün müvafiq elektron ərizə doldurulmalıdır. Qəbul prosesi iyunun 9-u saat 23:59-da yekunlaşacaq. Tələbələr qəbul prosesi və müraciət qaydaları ilə sabah.edu.az saytı ilə tanış ola bilərlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir