Vladimir Putin Belarusda nüvə silahlarının yerləşdiriləcəyi tarixi açıqlayıb

Vladimir Putin Belarusda nüvə silahlarının yerləşdiriləcəyi tarixi açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin Belarusda nüvə silahlarının yerləşdiriləcəyi tarixi açıqlayıb.

İNFONEWS xəbər verir ki, o, bu barədə iyunun 9-da Rusiyada Belarus Prezdenti Aleksandr Lukaşenko ilə görüşdə bildirib.

Onun sözlərinə görə, işlər plan üzrə davam edir:

“İyulun 7-8-də qurğuların yerləşdiriləcəyi yer hazır olacaq”.

V.Putin bundan dərhal tədbirlərin icrasına, nüvə və başqa silahların Belarus ərazisində yerləşdirilməsinə başlayacaqlarını vurğulayıb.

 

Əzizə Əlizadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İNFONEWS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir