İsveç PKK tərəfdarının Türkiyəyə ekstradisiyasına razılıq verib

İsveç PKK tərəfdarının Türkiyəyə ekstradisiyasına razılıq verib

NATO-ya üzv olmaq üçün Türkiyənin təsdiqini gözləyən İsveç bu gün bir PKK tərəfdarının Türkiyəyə ekstradisiyasına razılıq verib.

İNFONEWS xəbər verir ki, bu barədə Türkiyə mediası xəbər yayıb.

Məlumata görə, İsveç hökuməti 35 yaşlı bir PKK tərəfdarını Türkiyəyə ekstradisiya etmək qərarına gəlib.

Adı açıqlanmayan şəxs 2014-cü ildə narkotik cinayətlərinə görə Türkiyədə 4 il 7 ay müddətinə həbs cəzası alıb, lakin şərti olaraq azadlığa buraxıldıqdan sonra İsveçə gedib. Keçən il Türkiyə prokurorluğunun tələbi ilə o, cəzasının qalan hissəsini Türkiyədə çəkmək üçün İsveçdə tutulub.

 

Əzizə Əlizadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İNFONEWS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir