Ombudsman Aparatının nümayəndəsi UNEC – də çıxış edib

Ombudsman Aparatının nümayəndəsi UNEC – də çıxış edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən elan edilmiş “İnsan Hüquqları Aylığı” çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllim və tələbələrinin iştirakı ilə hüquqi maarifləndirmə tədbiri təşkil olunub.

“İNFONEWS” – un Ombudsman Aparatından əldə etdiyi məlumatına görə, tədbirdə çıxış edən Ombudsman Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin sektor müdiri Müqalib Mahmudov ölkəmizdə insan hüquq və azadlıqlarının səmərəli müdafiəsi istiqamətində həyata keçirilən genişmiqyaslı fəaliyyət, o cümlədən məhkəmədənkənar hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının bu sahədə gördüyü işlər barədə ətraflı məlumat verib.

İnteraktiv formada keçən tədbirdə iştirakçılarla hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişafı üzrə müzakirələr aparılıb və onlar tərəfindən verilən suallar cavablandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir