“Bu gün ali təhsil müəssisələrində imtahanlar şəffaf keçirilir”

“Bu gün ali təhsil müəssisələrində imtahanlar şəffaf keçirilir”

“Azərbaycanın təhsil sistemində son on ildə islahatlar aparılır. Nəticədə bu gün ali təhsil müəssisələrində imtahanlar şəffaf keçirilir”

“İNFONEWS” xəbər verir ki, bunu V İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında Elm və Təhsil naziri Emin Əmrullayev çıxışı zamanı deyib. Nazir bildirib ki, növbəti illər ərzində dünyanın top universitetlərində doktorantura dərəcəsini bitirən 300 azərbaycanlı Vətənə qayıdacaq. Ali təhsil müəssisələri üçün bu müsbət nümunədir.

“Universitetlərdə aparılan tədqiqatlar, əldə edilən elmi nailiyyətlər bu təhsil müəssisəsinin tədqiqatyönümlü universitetə çevrilməsinə zəmin yaradar. Elmi tədqiqatların müəyyən differensial əsasda maliyyələşmə mexanizmini hazırlayıb tətbiq etmək lazımdır. Ümumi təhsil müəssisələrində bunu həyata keçirməyə müvəffəq ola bildik. Ali təhsil müəssisələrində də differensial yanaşma olduqca vacibdir”, – deyə nazir bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir