Bibiheybət Məscidində cümə xütbəsi oxunub 23.06.2023

Bibiheybət Məscidində cümə xütbəsi oxunub 23.06.2023 .

“İNFONEWS” xəbər verir ki, iyun ayının 23-də  Bibiheybət Məscidinin Axundu, Qafqaz Müsəlmanları İdarəsinin qazısı Hacı Mir Rahib Babayev tərəfindən cümə xütbəsi oxunub. 

Xütbə “Həcc ziyarəti” mövzusunda olub.

Xütbə zamanı zəvvarlarla nəsihətamiz söhbətlər edilib, onlara İslam dininin gözəllikləri, Həcc ziyarətinin vacibliyi, İslam dinində Həcc ziyarətinin rolu və qaydaları barədə ətraflı məlumat verilib.

Xalqımızın və doğma Azərbaycanımızın salamatçılığı, yaxşı güzəranı, üçrəngli bayrağımızın daim zirvələrdə dalğalanması, ölkəmizin hər zaman müzəffər və qalib olması üçün, qazilərimizin, bütün şəfaya ehtiyacı olan şəxslərin şəfa tapması, müşkülü olanların hacətlərinə çatmaları üçün dualar edilib. Xütbə zamanı həmçinin Şəhidlərimiz anılıb, ruhlarına dualar oxunub.

Xütbə zəvvarlar tərəfindən böyük maraqla dinlənilib.

Xütbənin videoyazısını təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir