13 Noyabr Beynəlxalq Gözdən Əlillər Günüdür

13 Noyabr Beynəlxalq Gözdən Əlillər Günüdür

“İNFONEWS” xəbər verir ki, 13 noyabrda Beynəlxalq Gözdən Əlillər Gününün qeyd edilməsi təsadüfi deyildir. Məhz bu gündə (1745-ci ildə) görkəmli fransız pedaqoqu Valentin Qayui dünyaya gəlmiş, həyatını görmə məhdudiyyətli insanların cəmiyyətə inteqarsiyasına yardım göstərmiş, xüsusilə, gənclərin təlim-tərbiyəsi, təhsilində böyük rolu olmuşdur. Valentin Qayui 1784-cü ildə dünyada ilk dəfə Parisdə öz evində şəxsi vəsaiti hesabına gözdən əlil uşaqlar üçün xüsusi emalatxana açmışdır ki, kimsəsiz uşaqların həmin məktəbdə təhsil almasını təmin etmişdir.

Valentin Qayui gözdən əlil uşaqların təlim və tərbiyəsinə elmi cəhətdən yanaşaraq,  onun işləyib hazırladığı “unsial” adlanan xüsusi qabarıq şriftin köməyi ilə uşaqlara oxumaq öyrətmiş və onlar üçün kitablar çapının mümkünlüyünü isbat etmişdir ki, əlil uşaqlar həmin şriftlərlə mətn yığmaq bacarığına yiyələnmişlər. Həmçinin, Valentin Qayui gözdən əlillər üçün cihazlar, qabarıq toxunuşlu dərsliklərin, coğrafiya xəritələri və qlobusların istehsalı üçün matrislər qurmuşdur. Gözdən əlillər üçün kitabların yaradılması ideyası da məhz ona məxsusdur.

Ciddi maddi çətinlik çəkməsinə baxmayaraq, Valentin Qayui mətbəə yaradaraq qabarıq-xətti şriftlə gözdən əlillər üçün ilk kitablar çap etmişdir. 1829-cu ildə isə Paris Milli İnstitutunun şagirdi Lui Brayl gözdən əlil uşaqlar üçün nöqtə-relyef şriftinin universal sistemini hazırlayaraq, bu sistem günümüzə qədər gəlib çatmışdır.

Bu gün Azərbaycanda da beynəlxalq təcrübəyə əsaslanaraq, aidiyyatı dövlət orqanları tərəfindən gözdən əlil insanların sosial müdafiəsinə, onların səhiyyə, idman, məşğulluq, sosial adaptasiya, istirahət və bu kimi problemlərinə, ən əsas isə təhsilinə, xüsusilə, ali təhsilə inteqrasiyasına yardım göstərilir, bu mövzuya ciddi yer verilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir