Yanğınsöndürənlər Gədəbəydə yanğın zamanı bir qutu qızıl tapıb

Yanğınsöndürənlər Gədəbəydə yanğın zamanı bir qutu qızıl tapıb

Yanğınsöndürənlər yanğın zamanı tapdıqları bir qutu qızılı sahibinə veriblər.

“İNFONEWS”  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Gədəbəy rayonunun Parakənd kənd sakini Qismət Cabbarlıya məxsus evdə yanğın baş verməsi ilə bağlı əraziyə cəlb olunan yanğınsöndürənlər əməliyyat zamanı otaqların birində qızıl-zinət əşyaları dolu bir qutu tapıblar. Qutunu tapan yanğınsöndürənlər zinət əşyalarını sahibinə təhvil veriblər.

Qeyd edək ki, yanğın baş vermiş ev yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir