“Web of Science” elmmetrik bazasından istifadə YENİ TƏLİMLƏR

“Web of Science” elmmetrik bazasından istifadə YENİ TƏLİMLƏR

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı və İnformasiya Texnologiyaları İnstitutunun ev sahibliyi ilə ali təhsil müəssisələrinin və elmi-tədqiqat institutlarının nümayəndələri (analitiklər, kitabxanaçılar, elmmetriya üzrə əməkdaşlar və s.) üçün “Web of Science” elmmetrik bazasından istifadənin daha səmərəli təşkili məqsədilə təlimlər keçirilib.

“İNFONEWS” xəbər verir ki, “Clarivate Analytics” şirkətinin nümayəndələri tərəfindən “Effektiv məlumat axtarışı”, “Elmi jurnallarla iş”, “Web of Science bazasında müəllif və müəssisə profili” mövzularında keçirilən təlimlərdə məlumatlandırma sessiyaları təqdim olunub və iştirakçıların sualları cavablandırılıb.

Xatırladaq ki, bu il iyulun 13-də ölkədə fəaliyyət göstərən bütün ali təhsil müəssisələri və elmi-tədqiqat institutları üçün “Web of Science” elmmetrik bazasına çıxış imkanının təmin edilməsi məqsədilə “Clarivate Analytics” şirkəti ilə müqavilə imzalanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir