AzTU TGT-nin sədri “İlin gənc tələbəsi” adına layiq görülüb
“İNFONEWS” xəbər verir.
2 Fevral –Gənclər Günü münasibətilə paytaxtın Yasamal rayon gənclərinin onlayn toplantısı keçirilib.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatşılığı ilə keçirilən tədbirdə əvvəlcə Vətən müharibəsində canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxışlarda qeyd olunub ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və 20 ildən çox müddətdir hər il silsilə tədbirlərlə müşayiət olunan Azərbaycan gəncliyinin bayram günü pandemiya şəraitinin gətirdiyi çətinliklərə baxmayaraq, yenə böyük ruh yüksəkliyi ilə qeyd edilir.
Gənclər çıxışlarında həyata keçirdiyi uzaqgörən siyasətə və 44 günlük Vətən müharibəsində əldə olunan Şanlı Qələbəyə görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlıqlarını bildirib.
Sonda yüksək fəallığı ilə seçilən gənclərin bir qrupu fəxri fərmanlarla təltif edilib. Təltif olunanlar arasında Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Gənclər Təşkilatının (TGT) sədri Lalə Rüstəmova da var. O, “İlin gənc tələbəsi” adına layiq görülüb.