Kürdəmirdə qəza: Xəsarət alanlar var

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

“İNFONEWS”  xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Muğanlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes-Benz” markalı avtomobilin sürücüsü Mingəçevir şəhər sakini, 1986-cı il təvəllüdlü Jalə Rəşadət qızı Nəbiyeva Gəncə istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarına aşıb.

Hadisə zamanı sürücü və onun sərnişini Mingəçevir sakini, 1979-cu il təvəllüdlü Ramilə Xaliq qızı Həsənova müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir