Soydaşlarımızın uğur hekayəsini birgə dinləyək – Fransa

Soydaşlarımızin uğur hekayəsini birgə dinləyək – Fransa 

Fransada geniş fəaliyyəti ilə iz qoyan iki azərbaycanlı soydaşımızın öz uğur hekayələri ilə qarşınızda olacaqlar.

Görüşün qonaqları Paris-Est Créteil Universitetində hüquq elmləri üzrə professor və Azərbaycan Arbitraj Assosiasiyasının prezidenti Kəmalə Mehdiyeva və Xarici əlaqələr və Beynəlxalq tədbirlər üzrə mütəxəssis Aysel İsmayılovadır. Onlar Fransadakı öz unikal təcrübələrini, çətinliklərini və nailiyyətlərini iştirakçılar ilə bölüşəcəklər.

“İNFONEWS” – a verilən məlumata görə, tədbir Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyi, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, ASAP və “ALİM” Elmi Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirililəcəkdir.

Tədbirin moderatoru Lion şəhəri “ALİM” elmi assosiasiyasının rəhbəri, iqtisad üzrə fəlsəfə doktoru Günel Səfərova olacaqdır.

Parisin mərkəzində həmvətənlilərimizin uğur hekayələrini dinləmək, soydaşlarımızın xaricdə təhsili, karyera yüksəlişi və maariflənmək üçün bu fürsəti qaçırmayın!

📌 Tədbirdə iştirak etmək istəyənlər üçün qeydiyyat linki:

https://shorturl.at/FKR27

linkə daxil olub, rəy bölməsinə “+” yaza bilərsiniz.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir