UNEC-in 8 tələbəsi XV Respublika Universiadasında birinci yeri qazanıb

UNEC-in 8 tələbəsi XV Respublika Universiadasında birinci yeri qazanıb

UNEC tələbələri ölkə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən sərbəst və yunan-roma güləşi üzrə XV Respublika Universiadada qalib olublar.

Bu barədə “İNFONEWS”-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

Sərbəst güləş üzrə 5 tələbə I yerin, 2 tələbə isə III yerin sahibi olub. Yunan-Roma güləşi üzrə keçirilən yarışda 3 tələbə I yeri, 5 tələbə II yeri, 4 tələb isə III yeri qazanıb.

Tələbələrin məşqçiləri UNEC idman klubunun yunan-roma və sərbəst güləş üzrə məşqçi-müəllimi İlham Mustafayev, klubun inzibatçısı və “Gənclik” TİC RŞ-nın üzvü Mustafa Talıbovdur.

Tələbələrimizi təbrik edirik, onlara yeni-yeni uğurlar arzulayırıq!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir