Türkiyədə koronavirusdan sağalanların sayı 427 mini keçib

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 196 nəfər dünyasını dəyişib.

“İNFONEWS”-un Trend-ə istinadən məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 14 705 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 6 128 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 533 198 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 4 100 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 427 242 nəfər təşkil edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir