Ermənistanda bugünkü faciəvi mənzərənin memarları həm də Sarkisyan-Koçaryan cütlüyüdür – Politoloq

Sarkisyan-Koçaryan cütlüyü Azərbaycan xalqının cəlladları kimi tarixə həkk olundular. Məhz onların rəhbərlik etdiyi terrorçu dəstələr Azərbaycan xalqını etnik təmizləməyə məruz qoydu. 1 milyona yaxın soydaşımızın öz torpaqlarından didərgin düşməsinin günahkarları da o cəlladlardır.

“İNFONEWS” xəbər verir ki, bu barədə Trend-ə politoloq Ceyhun Əhmədli deyib.

Politoloq bildirib ki, təəssüf doğuran məqam ondan ibarətdir ki, torpaqlarımızın işğal altına düşməsində baş rolu ifaçıları olan bu iki cani sonradan həmin zehniyyətlə 20 ildən çox müddət ərzində Ermənistan dövlətinin sükanı arxasında oturdular:

“Hərçənd, erməni xalqı Paşinyandan umduğunu görə bilməsə də, bugünkü faciəvi mənzərənin memarı heç də təkcə Paşinyan deyil. Azərbaycan Prezidentinin də ifadə etdiyi kimi, biz keçmiş kriminal rejimin yaratdığı ordunu darmadağın etmişik. Paşinyan heç kimdir. O, cəmi 2 il yarımdır hakimiyyətdədir. Ermənistan isə 30 ilə yaxındır Qarabağda müdafiə istahkamları qurur, bura silah və texnika yığırdı. “Ohanyan xətti”, “Məğlubedilməz ordu” mifləri də sabiq erməni xuntabaşılarının uydurduğu saxta təsəvvürlər idi. Şanlı Ordumuz bu mifləri 44 gün ərzində darmadağın edərək Koçaryan-Sarkisyan cütlüyünün Azərbaycan xalqına yaşatdığı zülümlərin qisasını döyüş meydanında aldı. Amma əlbəttə ki, bizim haqq mübarizəmiz hüquq müstəvisində də davam edəcək. Əli qana bulanmış o canilər Beynəlxalq Cinayət Məhkəməsi qarşısında mühakimə olunmalıdırlar. Ədalət o zaman tam zəfər çalacaq”.

Politoloq qeyd edib ki, adı çəkilən şəxslərin bu gün İrəvan küçələrində yenidən hakimiyyət uğrunda mübarizəyə qoşulması kənardan çox acınacaqlı və miskin görünür. Görəsən, bunlar hansı üzlə yenidən Ermənistanın sükanı arxasına keçmək istəyirlər? Diz çökən, rüsvayçı məğlubiyyətə düçar olan ordunu bunlar yaratmamışdımı?:

“Əslində erməni xalqı üçün tarixi bir fürsət yaranıb. Onlar hakimiyyətdə sağlam qüvvələrin olmasını təmin edə bilsələr, heç olmasa bundan sonra layiqli həyat yaşamağa nail olacaqlar. Yox, əgər eyforiyaya qapılıb yenidən müharibə canilərinə meydan versələr, bugünkü vəziyyətlərinə şükür edəcəklər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir