“Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı” – Beynəlxalq tədbir
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə ölkəmizdə “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı” mövzusunda tədbir keçirilir.
“İNFONEWS” xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbirin iştirakçılarına ünvanladığı müraciət səsləndirilib.
Müraciətin mətnini Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.