Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib.
“İNFONEWS” xəbər verir ki, GİN-in Voleybol Mərkəzində baş tutan qarşılaşmada MOİK son ölkə çempionatının bürünc medalçısı “Neftçi” ilə üz-üzə gəlib.
Matçın qalibi 3 setdə bəlli olub. Pərviz Səmədovun rəhbərlik etdiyi “Neftçi” 3:0 (25:11, 25:13, 25:15) hesablı qələbə ilə çempionatda ilk xallarını qazanıb.