İsrail HƏMAS-ın şimal briqadasının qərargahında əməliyyat keçirdiyini açıqlayıb

İsrail ordusunun “Qivati” b​riqadasının hərbçiləri Qəzza zolağının şimalında HƏMAS-ın şimal briqadasının qərargahında əməliyyat keçirib, bir zastava və onlarla silahlı məhv edilib.

“İNFONEWS”  xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun teleqram kanalında məlumat verilib.

“Qivati” ​​briqadasının döyüşçüləri Qəzza zolağının şimalındakı Şeyx Zayed bölgəsində yerləşən HƏMAS-ın şimal briqadasının qərargahında əməliyyat tədbirləri həyata keçirib… Əməliyyat zamanı hərbçilər onlarla terrorçunu məhv ediblər. Əməliyyat nəticəsində əsgərlər zastavanı məhv ediblər”, – məlumatda deyilir.

İsrail Ordusnun məlumatına görə, Şeyx Zayed bölgəsində çoxlu sayda yüksək vəzifəli HƏMAS üzvü yaşayır. Bundan əlavə, eyni bölgədə başqa bir əməliyyat zamanı “Qivati” ​​əsgərləri HƏMAS yaraqlıları tərəfindən oktyabrın 7-də məscidə hücumda istifadə olunduğu güman edilən avtomobildə çoxlu sayda silah aşkarlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir