“Mədəniyyət və Yaradıcı Sənayelər Sərgisi” keçiriləcəkdir

“Mədəniyyət və Yaradıcı Sənayelər Sərgisi” keçiriləcəkdir

“Yaradıcı Həftə” çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə noyabrın 28-30-da Heydər Əliyev Mərkəzində kreativ məhsulların və yaradıcı sənaye nümayəndələrinin fəaliyyətinin tanıdılması məqsədilə “Mədəniyyət və Yaradıcı Sənayelər Sərgisi” (MY EXPO 2023) keçiriləcək.

“İNFONEWS” -un Nazirlikdən əldə etdiyi məlumatına görə, sərgi kino, animasiya, musiqi, cultech (mədəniyyət sahəsində startaplar), gametech (oyun texnologiyaları), dəb, dizayn kimi yaradıcı klasterləri, eləcə də yaradıcı məkan və regionları bir araya gətirəcək.

Qeyd edək ki, həmin tarixlərdə Heydər Əliyev Mərkəzində “Mədəniyyət və Yaradıcı Sənayelər Forumu” təşkil olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir