Gürcüstanda zəlzələ olub.
Gürcüstanda 4,4 bal gücündə zəlzələ baş verib.
“İNFONEWS” xəbər verir ki, məlumatı Gürcüstanın Seysmik Monitorinq Milli Mərkəzi yayıb. Məlumata görə, Tbilisi vaxtı ilə saat 09:26-da baş vermiş zəlzələnin episentri Telavi rayonunun Torqva kurort zonası yaxınlığında qeydə alınıb.