“Münasibətlərimizin dinamikası ölkələrimizin və xalqlarımızın bir-birinə necə yaxın olduqlarını əyani şəkildə göstərir. Biz bir-birimizi həmişə dəstəkləyəcəyik və gələcəkdə beynəlxalq strukturlarda da bunu edəcəyik”.
“İNFONEWS” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 24-də Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə görüşündə deyib.
“Bu gün əmtəə dövriyyəsinin artırılması, investisiya siyasəti, ölkələrimizin daha da yaxınlaşması ilə əlaqədar mühüm məsələləri həll edirik. Son vaxtlar beynəlxalq tədbirlərdə çox tez-tez görüşürük. Bu, həmişə gündəlikdə duran məsələləri müzakirə etmək üçün yaxşı fürsətdir. Bu gün nümayəndə heyətlərinin iştirakı ilə il ərzində görülən işlərə bir daha yekun vuracağıq, il başa çatır, növbəti gələcək addımları müəyyən edəcəyik. Beləliklə, bir daha xoş gəlmisiniz”, – dövlət başçısı qeyd edib.