Azərbaycanda Hepatit A virusu ilə bağlı son vəziyyət açıqlanıb

“Azərbaycanda Hepatit A virusu ilə bağlı vəziyyət stabildir”.

“İNFONEWS” xəbər verir ki, bunu TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, hazırda vəziyyət nəzarət altındadır: “Ölkədə bir neçə regionda yoluxma var. Lakin bu, qeyri-adi hadisə deyil. Hepatat A virusu 3-4 ildən bir lokal alovlanmalar verə bilən xəstəlikdir. Hazırda vəziyyət stabildir”.

TƏBİB rəsmisi həmçinin bildirib ki, Hepatit A virusu xəstəliyinin mənbəyi elə xəstə insandır: “Xəstəlik xəstə insandan sağlam insana su, qida, ətrafda istifadə etdiyimiz əşyalarla keçə bilir. İnsan bu xəstəliyə yoluxur, amma bunu hiss etmir. Ola bilər kimsə Hepatit A virusuna yoluxsun, amma heç bir simptom hiss edə bilməyib. Məsələn, uşaqlarda bu, qripəbənzər simptomlarla başlaya bilər. Bir müddət sonra qaraciyər zədələndiyi üçün ürəkbulanma, qastrit, gözdə saralma, dəridə saralma ilə özünə büruzə verir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir