DOĞUM GÜNÜNÜZÜ TƏBRİK EDİRİK – Nilufər ƏLƏKBƏROVA
Bu gün gülərüzlüyü, məsuliyyəti və səmimiliyi ilə müraciət edən əhali qrupunun dərin hörmət və böyük sevgisini qazanmış, hər kəsə əlindən gələn yardımı göstərməyi əsirgəməyən, əsl fədəkar tibb işçisi – 19 nömrəli Şəhər Poliklinikasının Baş tibb bacısı, hörmətli və dəyərli
NİLUFƏR ABDUL QIZI ƏLƏKBƏROVAnın
doğum günüdür.
Bu münasibətlə hər zaman vətəndaşlara yüksək səviyyəli tibbi xidmətlərin göstərilməsi üçün var gücü ilə çalışan Nilufər xanımı səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı,
xoş günlər, iş və şəxsi həyatında uğurlar arzulayırıq!