IEA: 2030-cu ilə qədər neft və qaza qlobal tələbat pik həddə çatacaq.
Qlobal istiləşmə 1,5 dərəcə azaldılsa, qlobal neft və qaz sektoruna hər il qoyulan 800 milyard dollar sərmayə 2030-cu ilə kimi yarıya qədər azala bilər.
“İNFONEWS” “Reuters” agentliyinə istinadla xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) yaydığı hesabata görə, bu məqsədə çatmaq üçün neft və qaz sektorunda yeni, uzunmüddətli layihələrə ehtiyac yaranmayacaq və bəzi cari layihələr birdəfəlik saxlanılmalı olacaq.
IEA hesabatına görə, istiləşməni 1,5C-yə qədər məhdudlaşdırmaq və iqlim məqsədlərinə uyğunlaşmaq üçün sənaye 2030-cu ilə qədər emissiyaları 60 faiz azaltmalıdır.
“Neft və qaz şirkətləri qlobal təmiz enerji sərmayəsinin yalnız 1 faizini təşkil edir və bunun 60 faizi yalnız dörd şirkətdən gəlir. Bununla belə, IEA sıfır emissiyaya keçid zamanı sənayenin yox olacağını gözləmir, çünki enerji təchizatının təhlükəsizliyini təmin etmək və emissiyaların azaldılması baxımından daha çətin olan sektorları yanacaqla təmin etmək üçün bəzi investisiyalara ehtiyac olacaq. 2030-cu ilə qədər neft və qaza qlobal tələbatın pik həddə çatacağı gözlənilir. Hökumətlər öz milli enerji və iqlim vədlərini yerinə yetirsələr, 2050-ci ilə qədər tələbatın bugünkü səviyyədən 45 faiz az olacağı gözlənilir”, – deyə IEA hesabatında bildirilir.