Ucarda “TIR” markalı yük avtomobili yolu keçmək istəyən şəxsi vurub. Piyada hadisə nəticəsində ölüb.
“İNFONEWS” xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun rayonun Qarabörk kəndindən keçən hissəsində baş verib. Yük avtomobili piyada, Ucar rayon sakini Tapdıq adlı şəxsi vurub.
Ağır xəsarət alan zərərçəkən hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.