Sumqayıtda yeni dayanacaqlar quraşdırılıb

Sumqayıt şəhərində müasir nəqliyyat infrastrukturunun yaradılması, keyfiyyətli nəqliyyat xidmətlərinin göstərilməsi, sərnişin daşınması sahəsində rahatlığın təmin olunması istiqamətində mühüm layihələr icra olunur.
“İNFONEWS” xəbər verir ki, son illər Sumqayıt şəhərində 200-dən çox Türkiyə istehsallı olan, müasir tələblərə cavab verən avtobuslar şəhərimizə gətirilərək marşrut xətlərinə buraxılıb. Şəhər ərazisində 100-ə yaxın yeni dayanacaqlar quraşdırılıb.
Sumqayıt şəhər İcra Hakimiyyəti və SOCAR-ın “Azərkimya” İstehsalat Birliyinin birgə təşkilatçılığı ilə Səməd Vurğun küçəsində növbəti 8 dayanacaq quraşdırılıb.
Qeyd edək ki, Səməd Vurğun küçəsi şəhərin ən böyük küçələrindən biridir. Küçənin sənaye zonasından keçən hissəsində sakinlər ictimai nəqliyyatdan daha çox istifadə edir. Burada SOCAR-ın “Azərkimya” İstehsalat Birliyinin istehsal müəssisələri fasiləsiz rejimdə fəaliyyət göstərir. Həmin küçədə 3 müntəzəm marşurut xətti fəaliyyət göstərir. Gündəlik minlərlə şəhər sakini bu marşurutlardan istifadə edir. Quraşdırılan yeni dayanacaqlar sakinlərin sahatlığını təmin edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir