Hindistanın Bihar ştatında güclü yanğın olub, ölən və xəsarət alanlar var

Hindistanın şərqindəki Bihar ştatında ikimərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində azı 3 nəfər ölüb, daha iki nəfər isə ağır xəsarət alıb.

“İNFONEWS”  xarici mətbuata istinadən xəbər verir ki, bu barədə yerli administrasiyanın nümayəndəsi bildirib.

Məlumata görə, hadisə Motihari dairəsində baş verib. Zərərçəkənlər yerli xəstəxanalardan birinə yerləşdirilib.

Hadisəyə səbəb qısaqapanma olub, yanğın artıq söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir