Cari ilin sonuna qədər Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsi təxminən 56 milyard ABŞ dolları təşkil edə bilər.
“İNFONEWS” xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyənin ticarət naziri, Türkiyə-Rusiya hökumətlərarası komissiyasının həmsədri Ömər Bolat bildirib.
“Bu il enerji sahəsində ticarət dövriyyəsi bir qədər azalıb, çünki bütün dünyada enerji məhsullarının və əmtəələrinin (birja mallarının – red.) qiymətləri ucuzlaşıb. Ötən il Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsi rekord həddə – 68 milyard dollara çatıb. Pul ifadəsində ildə Türkiyədən 11 milyard dollara, Rusiyadan isə 46 milyard dollara, ümumilikdə təxminən 56 milyard dollara çata bilər”, – o deyib.
Eyni zamanda, nazir qeyd edib ki, “ikitərəfli ticarətdə türk lirəsi və rublun istifadəsi artmaqdadır”.
“Türkiyənin Rusiyaya türk lirəsi ilə ixracı təxminən 400 %, Türkiyənin Rusiyadan lirə ilə idxalı isə təxminən 150 %, rublla isə 260 % artıb”, – Bolat vurğulayıb.