Noyabrın 27-29-da Yunanıstanın paytaxtı Afinada Beynəlxalq Olimpiya Komitəsi, INTERPOL, Avropa şurası və UEFA-nın təşkilatçılığı ilə İdman Bütövlüyü Həftəsi – idman yarışlarında manipulyasiya ilə mübarizə mövzusunda tədbir öz işinə başlayıb.
“İNFONEWS” xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.
8 ölkənin (Azərbaycan, Kipr, Gürcüstan, Yunanıstan, İsrail, Malta, Rumıniya, Türkiyə) dəvət olunduğu tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) Beynəlxalq Əlaqələr idarəsinin müdiri Anar Bağırov, Gənclər və İdman nazirliyinin (GİN) idman şöbəsinin aparıcı məsləhətçisi Fəzilə Ağayeva, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) oyunların toxunulmazlığı üzrə məsul şəxs və komissiyanın üzvü-ekspert Seymur Səlimli, hüquq şöbəsinin hüquqşünası və AFFA oyunların toxunulmazlığı üzrə komissiyanın üzvü Naib Əsədov, AFFA Qeydiyyat və Statistika şöbəsinin baş mütəxəssisi Seyran Kərimli iştirak edirlər.
Avropa Olimpiya Komitəsinin prezidenti Spiros Kapralosun iştirakı ilə keçirilən iclasın ilk günündə danışılmış oyunlara qarşı mübarizənin əhəmiyyəti, yarışların manipulyasiyasına qarşı mübarizədə xüsusilə Olimpiya Hərəkatının və MOK-ların rolu xüsisi qeyd olunub. Tədbirdə həmçini danışılmış oyunlara qarşı mübarizədə UEFA və dürüst formada qərar verən peşəkarların, rəqabət manipulyasiyasının həllində hüquq-mühafizə orqanlarının və beynəlxalq polis əməkdaşlığının, rəqabət manipulyasiyasının həllində Avropa şurasının və Milli platformaların rolu və “İdman Bütövlüyü Həftəsi”nin müzakirəsinə başlanılıb.