İsraillə Fələstinin radikal HƏMAS hərəkatı Misir və Qətərin vasitəçiliyi ilə Qəzza zolağında humanitar atəşkəsin iki gün uzadılmasına dair yeni razılaşma əldə etməyə yaxındır.
“İNFONEWS” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Misir dövlət informasiya xidmətinin rəhbəri Diya Raşvan vurğulayıb ki, yeni saziş 20 israilli girovun İsrail həbsxanalarında saxlanılan 60 fələstinli ilə dəyişdirilməsini nəzərdə tutur.