Paytaxtda müşahidə edilən güclü külək səbəbindən bu saata qədər 21 ağac sınıb.
“İNFONEWS” xəbər verir ki, bu barədə Baki şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib. Bildirilib ki, eyni zamanda 14 ağacın budaqları sınıb:
“Baki şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri tərəfindən sınan ağaclar ərazilərdən götürülüb və operativ şəkildə ərazi təmizlənib. Küləklə əlaqədar Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar”.