ABŞ dövlət katibi Antoni Blinken bu həftə Skopyedə keçiriləcək ATƏT xarici işlər nazirləri Şurasının iclasında iştirak edəcək.
“İNFONEWS” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayen bildirib.
“ATƏT-ə gəlincə, ABŞ nümayəndə heyətinə dövlət katibi Blinken başçılıq edəcək”, – o deyib.
C.O`Brayenin sözlərinə görə, Amerika diplomatiyasının rəhbəri Şimali Makedoniyaya noyabrın 29-da NATO-ya üzv ölkələrin xarici işlər başçılarının Brüssel görüşündən dərhal sonra gedəcək.