İndoneziyada keçirilən 17 yaşadək oğlan futbolçular arasında dünya çempionatında finalçılar müəyyənləşib.
“İNFONEWS” xəbər verir ki, Almaniya və Fransanın U-17 milliləri həlledici qarşılaşmaya vəsiqə qazanıblar.
Bundestim yarımfinalda Argentinaya (3:3, penaltilər seriyasında 4:3), Fransa isə Maliyə (2:1) qalib gəlib.
Qeyd edək ki, final qarşılaşması dekabrın 2-də baş tutacaq.