“Heydər Əliyev İli”nə həsr edilən Fövqəladə Hallar Könüllülərinin təqdimat mərasimi keçirilib

“Heydər Əliyev İli”nə həsr edilən Fövqəladə Hallar Könüllülərinin təqdimat mərasimi keçirilib

Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqı və Azərbaycan Gənclər Fondunun birgə tərəfdaşlığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Fövqəladə hallar könüllüləri” Proqramının təqdimat mərasimi baş tutub.

Qeyd edək ki, “Fövqəladə hallar könüllüləri” Proqramı Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşəbbüsü və tərəfdaşlığı ilə yaradılıb.

“İNFONEWS” – a verilən məlumata görə, tədbirdə Fövqəladə Hallar Naziri General-polkovnik Kəmaləddin Heydərov və nazirliyin əməkdaşları, Azərbaycan Gənclər Fondunun icraçı direktor vəzifəsini müvəqqəti icra edən Qədir Xəlilov, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin məsul əməkdaşı Faiq Məmmədov, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev, Fövqəladə Hallar könüllüləri və ölkəmizdə fəaliyyət göstərən digər könüllü təşkilatları və proqramlarının nümayəndələri iştirak ediblər.

Əvvəlcə, tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Sonra Heydər Əliyev Mərkəzi və Muzeylə tanışlıq olub. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra şəxsi heyətin təntənəli keçidi olub. Tədbir iştirakçıları FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti tərəfindən təqdim edilən nümunəvi çıxışları izləyiblər.

Daha sonra akt zalında davam edən tədbirdə, əvvəlcə Ulu Öndər Heydər Əliyevin gənclər siyasətindən bəhs edən film təqdim olunub.

Tədbir incəsənət ustalarının konsert proqramı ilə davam etdirilib.

Daha sonra könüllülərə Fövqəladə Hallar Nazirliyinin hədiyyələri təqdim olunub.

Sonda mərasim iştirakçıları birlikdə xatirə şəkilləri çəkdiriblər.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir