Bakıdakı Rus evində Fərəc Qarayevin yaradıcılıq axşamı keçirilib

Bakıdakı Rus evində Fərəc Qarayevin yaradıcılıq axşamı keçirilib.

Bakıdakı Rus evində tanınmış Azərbaycan bəstəkarı Fərəc Qarayevin 80 illik yubileyinə həs olunmuş yaradıcılıq axşamı keçirilib. Tədbirin təşkilatçıları qismində Azərbaycanın Bəstəkarlar İttifaqı və Jurnalistlər İttifaqı, həmçinin sənətşünas, Bülbül adına musiqi məktəbinin müəllimi Raya Abbasova çıxış ediblər.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətindən “İNFONEWS”-a bildiriblər ki, tədbirdə müəllifin əsərlərindən musiqi nömrələri səsləndirilib. Musiqi kompozisiyalarını Milli Konservatoriyanın incəsənət gimnaziyasının yetirmələri Cəmilə İsmayılova və Fəridə Zeynalova, həmçinin Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi Zümrüd Əlizadə ifa ediblər.

Fərəc Qarayev Azərbaycan və Rusiya bəstəkarı, Azərbaycanın Əməkdar incəsənət xadimi, Xalq artisti, görkəmli bəstəkar Qara Qarayevin oğludur. O, özünün novatorluq fəaliyyəti ilə musiqi mədəniyyətinin inkişafına böyük töhfələr verib. Fərəc Qarayev geniş musiqi ictimaiyyətinə məlum olan “Qobustan kölgələri” baleti və dünyanın bir çox ölkələrində yaxşı tanınan başqa musiqi əsərlərinin müəllifidir. Bəstəkar, həmçinin bir çox beynəlxalq musiqi müsabiqələrinin təşkilatçısıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir