İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 22 nəqliyyat vasitəsi satılıb.
“İNFONEWS” Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, hərraca çıxarılan dövlət əmlaklarına ümumilikdə 145 sifariş qəbul edilib.
Məlumata əsasən, hərrac rəqabətli olub. Belə ki, “Hyundai County” markalı avtobusun start qiyməti 7.500 manat olsa da, ən son təklif 31.000 manata yüksəlib. İlkin qiyməti 7.500 manat olan eyni markalı digər avtobus isə 27.500 manata özəlləşdirilib.
Hərracda satılan əmlaklar üzrə dövlət büdcəsinə 234 min 435 manat vəsaitin ödənilməsi nəzərdə tutulur.