Tanınmış teatrşünasın yeni kitabı nəşr olundu

Tanınmış teatrşünasın yeni kitabı nəşr olundu

“İNFONEWS xəbər verir.

Tanınmış teatrşünas-tənqidçi Anar Burcəliyevin “Xalq şairi olmayan xalqın şairi” adlı yeni ktabı nəşr olunub. Kitab şair, dramaturq Novruz Gəncəlinin 100 illik yubileyi ərəfəsində onun həyat və yaradıcılığını özündə əks etdirir.

Kitabda şairin yaradıcılığı və eləcə də fəaliyyəti   geniş  bir  şəkildə  işıqlandırılmaqla təhlil olunur. Bununla yanaşı həmçinin Novruz Gəncəlinin həyat məziyyətləri geniş bir aspektdə işıqlandırılmaqla monoqrafiyada toplanan materiallar teatrşünasların eləcə də sənətşünasların ilkin məlumat  və  araşdırmaları üçün bir mənbə hesab edilə bilər. Kitabın elmi redaktoru, fəlsəfə doktoru İmran Axundov, redaktoru isə Sailə Məhərrəmqızıdır.

Həmçinin yaxın günlərdə elmi monoqrafiyanın elektron variantı geniş oxucu kütləsinin diqqətinə təqdim olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir