v
Gənc filoloq, xanəndə Mehranə Vəliqızı izləyicilərinə Aşıq Ələsgərin sözlərinə yazılmış “Sənin o qara tellərin” ifasını təqdim edib.
Pedaqoji fəaliyyət ilə məşğulam, filologiyaya aid bir neçə fənni tədris edirəm, hər gün auditoriyada oluram. Bir sözlə, səs yorulur, gərgin oluram. Sənət isə rahatlıq, sakitlik tələb edir. İnşallah, milli musiqi sevərlərin xahişini nəzərə alıb, bundan sonra daha tez-tez yeni ifalar təqdim etməyə çalışacam.
Gənc xanəndə uzun müddətdir yeni ifasının olmamasının səbəbini “İNFONEWS” – a açıqlamasında belə bildirib.
Qeyd edək ki, filoloq – xanəndə Mehranə Vəliqızı Azərbaycan Dövlət Pedaqoji Kollecin (ADPK) müəllimi, böyük ustad Mənsum İbrahimovun istedadlı tələbələrindən biridir.
Az müddət öncə “Qarabağ şikəstəsi” və “Şirvan şikəstəsi” kimi ciddi ifaları ilə sevənlərinin qəlbini fəth edən Mehranə xanım müsahibələrinin birində aşıq musiqisinin sehrindən bəhrələnəciyini söyləmiş, bu gün də maraqlı və keyfiyyətli ifasını sərgilədiyini desək yanılmarıq.