Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
“İNFONEWS”-un məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunda qeydə alınıb.
Hərəkətdə olan “Opel “markalı minik maşını yolu keçmək istəyən orta yaşlı kişini vurub.
Piyada hadisə yerində ölüb. Ölən şəxsin Gədəbəy rayon sakini Y. Həsənov olduğu məlum olub.
Faktla bağlı aradırma aparılır.