“Heydər Əliyev ilinin natiqləri və yazarları” layihəsinin ilk təlimi keçirilib
“Heydər Əliyev ilinin natiqləri və yazarları” layihəsinin ilk təlimi gənc təlimçi Hacı Mayılzadənin təqdimatında “Danış görək” adlı təlimi ilə baş tutub.
“İNFONEWS” – a verilən məlumata görə, təlimdə iştirakçılara natiqlik və onun vacibliyi, düzgün nitq zamanı nəzərə alınmalı əsas məqamlar, emosional natiqlik kimi məsələlər haqqında məlumat verilib.
İnteraktiv formada keçirilən təlimdə məktəblilər onları maraqlandıran sualları səsləndiriblər və verilmiş müxtəlif tapşırıqları həll etməklə, nitq bacarıqlarını inkişaf etdirməyə çalışıblar.
Qeyd edək ki, noyabrın 23-də Bakı şəhəri, Sabunçu rayonu, 80 saylı tam orta məktəbdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə “Təhsildə inkişaf və innovasiyalar üzrə” VII qrant müsabiqəsində qalib olmuş “Heydər Əliyev ilinin natiqləri və yazarları” layihəsinin açılış mərasimi keçirilib. Müsabiqənin qalibi, layihə rəhbəri adı çəkilən məktəbin tarix müəllimi Leyla Şahverdiyevdır. Layihənin əsas məqsədi şagirdlərdə nitq mədəniyyətini və yazı bacarıqlarını inkişaf etdirməkdir.
Qeyd edək ki, layihə çərçivəsində təlimlər növbəti həftələrdə də davam edəcək.