SANKSİYALARLA BÖYÜYƏN RUSİYA İQTİSADİYYATI – Tapdıq ABDULLA

SANKSİYALARLA BÖYÜYƏN RUSİYA İQTİSADİYYATI – Tapdıq ABDULLA

“İNFONEWS” yeni “Azərbaycan. Dünya iqtisadiyyatı. Siyasət” layihəsinə gənc iqtisadçı-ekspert Tapdıq Abdullanın təqdimatında start verir.

SANKSİYALARLA BÖYÜYƏN RUSİYA İQTİSADİYYATI

Rusiyanın neft gəlirlərinin əsas hissəsini “Urals” markalı neftin satışından əldə edilən gəlirlər təşkil edir. “Urals” markalı neftin orta qiyməti 2023- cü ildə 62.9 dollar, 2022- ci ildə isə 78.3 dollar olmuşdur. Ötən il dəniz yolu ilə daşınan Rusiya neftinə 60 dollar tavan qiyməti qoyulması ilə bu ölkənin neft gəlirləri əhəmiyyətli dərəcədə azaldı. Bu embarqonun səbəbi Rusiyanın maliyyə vəsaiti ilə təmin olunmasında çətinlik yaratmaq və Rusiya – Ukrayna münaqişəsində Rusiyanın hərbi xərclərini maliyyələşdirməsinə maneə olmaq idi.

Belə bir vəziyyətdə Rusiya neftini Şərqi və Cənub- Şərqi Asiya ölkələrinə bazar dəyərindən aşağı qiymətə satmağa başladı. Və Avropada itirilmiş bazarını müəyyən dərəcə Asiyada bərpa etdi.

Embarqo tətbiq edən Avropa İttifaqı, Avstraliya və G7 ölkələri həm Rusiya neftindən asılılığı azaltmağı və həm də Rusiya neftinə alternativ olaraq, Yaxın Şərq ölkələri ilə əməkdaşlıq etməyi hədəfləyiblər. Hesablamalara görə, bu sanksiyalar fonunda 2030- cu ilədək Rusiya neftinin dünya bazarında payı 20 faizdən 12-13 faizə düşəcəkdir. Bundan əlavə, Rusiya iqtisadiyyatının 10-20 faiz kiçiləcəyini proqnozlaşdırırdılar, halbuki, bu rəqəm 2022- ci ildə 2.1 faiz kiçilmə, 2023- cü ildə isə 2.2 faiz böyümə ilə yekunlaşdı. Rusiyanın həm təbii sərvətlərinin bolluğu, həm ölkəyə gələn xarici məhsulların yerli məhsullarla əvəz edilməsi, həm Rusiyada böyük paya sahib “KÖLGƏ İQTİSADİYYATI”, həm də itirilmiş Avropa bazarını MDB və Asiya ölkələri ilə əvəzləndirməsi sanksiyaların təsirindən yayınmaqda Rusiyaya kömək edir. Rusiyanın atdığı addımlar Rusiya iqtisadiyyatının dayanıqlı olması yönündədir və sanksiyalar Rusiyaya qısa müddətdə zərər vursa da, uzunmüddətli dövrdə bu ölkəni daha da gücləndirəcək və xaricdən asılılığını əhəmiyyətli dərəcədə azaldacaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir