“Uğurlu innovativ biznes” mövzusunda MDU-da panel müzakirə
Mingəçevir Dövlət Universitetində (MDU) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və SUP.VC şirkətinin təşkilatçılığı ilə “Uğurlu innovativ biznes” mövzusunda panel müzakirə keçirilib.
“İNFONEWS” – a universitetdən verilən məlumata görə, panelistlər – startap üzrə ekspert Vüsal Kərimli, “Metafluence” platformasının həmtəsisçisi Elşad Yusifli, “NS Studi”nin təsisçisi Nail Seyidov və frilans UX/UI dizayner Ülvin Ömərov mövzu ilə bağlı çıxış ediblər. Çıxışlarda şəxsi təcrübələrə əsaslanaraq uğurlu innovativ biznesin qurulmasından bəhs edilib.
Maraqla qarşılanan çıxışlardan sonra iştirakçıların sualları ətraflı cavablandırılıb.
Qeyd edək ki, panel müzakirələrin əsas məqsədi gənclərin innovativ biznes düşüncəsinin formalaşdırılması və inkişaf etdirilməsi, innovasiya yönümlü fəaliyyətlərə təşviq edilməsi və müvafiq istiqamətlərdə maariflənmə səviyyəsinin yüksəldilməsi işlərinə töhfə məqsədi daşıyıb.