“Şəki-Şərab” Qarabağda xüsusi üzümçülük bağlarının salınmasını hədəfləyir

“Şəki-Şərab” Qarabağda xüsusi üzümçülük bağlarının salınmasını hədəfləyir

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində xüsusi üzümçülük bağlarının salınmasını hədəfləyirik.

“İNFONEWS” xəbər verir ki, bu barədə “Şəki-Şərab” zavodunun şərabçılıq şöbəsinin direktoru Vidadi Həsənov deyib.

O qeyd edib ki, hazırda Ağdam şərab zavodunun bərpası ilə bağlı danışıqlar gedir.

“Qarabağda xüsusi üzümçülük bağlarının salınmasını hədəfləyirik. Füzulidə 400 hektar torpaq sahəmiz var. Onun 100 hektarı hazır üzüm bağıdır. Ağdamda da çox böyük üzüm bağları salınacaq. Gələn il Şəkidə 300 hektar üzüm bağı salınması planlaşdırılır. Şəkidə bəzi üzüm növləri yetişir ki, onlar şərab üçün yaramır. Biz Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutu ilə əməkdaşlıq edirik. Torpaqdan analiz götürülür, hansı üzüm sortları bizim torpağa uygundursa, o üzüm sortlarını yetişdiririk”, – deyə Vidadi Həsənov bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir