Bakı Şəhəri üzrə Təhsil İdarəsindən zəlzələ bilə bağlı AÇIQLAMA
Dekabrın 7-də Azərbaycanda baş vermiş zəlzələ zamanı paytaxtdakı təhsil müəssisələrində fövqəladə hallarla bağlı davranış qaydalarına uyğun olaraq, təkan hiss olunan ərazilərdə müəllim və şagird kollektivinin uyğun vaxt ərzində həyətdə öncədən müəyyən edilib, binadan aralı Toplanış məntəqələrində toplanması təmin olunub.
“İNFONEWS” -un Bakı Şəhəri üzrə Təhsil İdarəsindən əldə etdiyi məlumatına görə, təhsil müəssisələrinin rəhbərliyi tərəfindən uşaqlara, şagird və valideynlərə həyəcanlanmamaq və əlavə narahatlığa yol verməmək tövsiyə olunub.
Bununla belə bəzi təhsil müəssisələrində valideynlər şəxsi narahatlıqları səbəbindən könüllü olaraq övladını götürüblər.
“Hazırda paytaxtdakı təhsil müəssisələrində tədris prosesi davam edir.
Heç bir təhsil müəssisəsində dağıntı halı qeydə alınmayıb”, – məlumatda bildirilib.