Sabiq futbolçu öz ölkəsində hücuma məruz qalıb

Sabiq futbolçu öz ölkəsində hücuma məruz qalıb

Türkiyə milli komandasının və “Beşiktaş”ın sabiq futbolçusu Oqtay Dərəlioğlu həyat yoldaşı Başak Dərəlioğlu ilə birlikdə hücuma məruz qalıb.

“İNFONEWS” xəbər verir ki, cütlük İstanbulun Kadıköy ərazisində naməlum şəxslər tərəfindən döyülüb.

Hadisə tərəflərin bir-birinin nəqliyyat vasitəsinə yol verməməsi səbəbindən baş verib. Veteran futbolçunun idarə etdiyi avtomobili sıxışdıran şəxslər maşından düşərək tanınmış oyunçuya fiziki təzyiq göstəriblər. Hər iki şəxs polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, Oqtay Dərəlioğlu 2004/2005-ci illər mövsümündə “Xəzər Lənkəran” klubunda çıxış edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir