Çavuşoğlu norveçli həmkarı ilə Qarabağ məsələsini müzakirə edib

Çavuşoğlu norveçli həmkarı ilə Qarabağ məsələsini müzakirə edib

“İNFONEWS” xəbər verir.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu norveçli həmkarı İne Eriksen Soreydeni qəbul edib.

Bu barədə M.Çavuşoğlu öz “Twitter” səhifəsində yazıb.

O bildirib ki, görüş zamanı Suriya, Liviya, Şərqi Aralıq dənizi məsələləri ilə yanaşı, Dağlıq Qarabağ məsələsi də müzakirə olunub.

Bundan başqa, nazirlər ikitərəfli ticarət, enerji və digər sahələrdə əməkdaşlığı müzakirə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir